Bakı. Trend:
Sahibkarların fəaliyyətinin dəstəklənməsi üçün tətbiq olunanmexanizmlərdən biri də investisiya təşviqi mexanizmidir. Bumexanizm vergi və gömrük güzəştlərini nəzərdə tutur.
Trend xəbərverir ki, bunu bu gün İqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıqsənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkəndeyib.
O bildirib ki, bu sahədə yerli istehsalın təşviqi məqsədiləümumi dəyəri 50 milyon manat olan 2 layihəyə investisiya təşviqisənədi verilib.
"Ötən dövr ərzində sözügedən layihələr üzrə 16 milyon manatdəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunmuş vəsahibkarlara idxal üzrə 4 milyon manat dəyərində ƏDV və gömrükrüsumundan azadolma tətbiq olunub"- deyə o əlavə edib.