AZ

Nazir müavini sahibkarlar tərəfindən sənaye zonalarına yatırılan investisiyanın məbləğini açıqlayıb

Bakı. Trend:

Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdançox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeriyaradılıb.

Trend xəbərverir ki, bunu bu gün İqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıqsənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkəndeyib.

O qeyd edib ki, ötən müddətdə sənaye zonaları tərəfindən 16,2milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2milyard manatlıq hissəsi ixrac edilib:

"Dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı iləölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalısahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb. Sənayeparkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchizedilib, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətgöstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün bütünimkanlara malikdir. Sənaye parkının ərazisi artıq tam şəkildərezidentlərlə dolub. Sahibkarların bura marağı böyükdür. Buna görədə sənaye parkının ərazisinin genişləndirilməsi məsələsinə baxılabilər".

Elnur Əliyev bildirib ki, burada layihələrinin investisiya həcmi120 milyondan manatdan çox olan 7 sahibkarlıq subyektinərezidentlik verilib.

"Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 45 milyonmanatdan çox investisiya yatırılıb, 160-a yaxın daimi iş yeriyaradılıb. Sənaye Parkında indiyədək 64,5 milyon manatlıq məhsulistehsal edilib.
Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin tamgücü ilə fəaliyyətə başlaması əczaçılıq sənayesinin inkişafını,dərman vasitələri və tibbi ləvazimatlara tələbatın yerli istehsalhesabına ödənilməsini stimullaşdıracaq.

Sevindirici haldır ki, artıq parkdakı bir sıra müəssisələrfəaliyyətə başlayıb. Sənaye Parkının rezidenti olan “Diamed Co" MMCmüasir texnologiyalar əsasında birdəfəlik şprislər istehsal edir.Digər bir rezident “R-Pharm” MMC müxtəlif dərman vasitələrininqablaşdırılmasını həyata keçirir. Hazırda Sənaye ParkındaTürkiyənin “Gen İlaç ve Sağlık Ürünleri A.Ş.” şirkəti ilə birgəbeynəlxalq keyfiyyət standartlarına və Azərbaycanın milli əczaçılıqtəhlükəsizliyi prioritetlərinə uyğun yeni əczaçılıq zavodu tikilir.Zavodda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsalolunacaq",- dey o vurğulayıb.

Seçilən
0
7
az.trend.az

8Mənbələr