AZ

Müharibə dayandırmasa, Aİ yardımı ikiqat artırmağa hazırdır

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini sülhə razı sala bilməsə, Avropa İttifaqı Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə artırmağa hazırdır...

Poliqon xəbər verir ki, bunu X sosial şəbəkəsində Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius bildirib. O, qeyd edib ki, bunlar sülhün lehinə inandırıcı arqumentlər olacaq.

Andrius Kubilius bildirib ki, indiyədək Aİ və ABŞ Ukraynaya hər il təxminən 40 milyard avro hərbi yardım edib. Lakin bu vəsaitləri birbaşa Ukrayna istehsalçılarından silah alınmasına yatırmaqla daha səmərəli istifadə etmək olardı.

O vurğulayıb ki, Ukraynada istehsal olunan müasir silahların dəyəri Aİ və ya ABŞ-da istehsalın dəyərinin təxminən yarısıdır:

"Bu, Ukraynanın 40 milyard avroya aldığı silahların həcmini faktiki olaraq iki dəfə artıracaq. Bizim dəstəyimizin real dəyəri 80 milyard avroya qədər artacaq".

O, həmçinin üzv dövlətlərə Ukrayna üçün hərbi satınalmaları maliyyələşdirməyə imkan verən Aİ-nin yeni təhlükəsizlik kreditlərinin effektivliyini vurğulayıb. Onun fikrincə, "Güc vasitəsilə sülh" düsturu məhz belə işləməlidir.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr