“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankı üçün artıq 45 dövlət qurumu müraciət edib.
“Report” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Kadr Bankının təqdimatından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Kadr Bankında profili yaradılan hər bir şəxsin idarəetmə bacarıqları barədə məlumatlar da yer alıb.
“Bu, tək məlumat bazası deyil. Kadr Bankı həm də qarşılıqlı mübadilə platformasıdır. Yəni dövlət qurumları, özəl şirkətlər burada öz aktiv vakansiyalarını yerləşdirə biləcək, eyni zamanda öz maraqlarına və tələblərinə uyğun kadr axtarışı da həyata keçirə biləcək”.
Fərhad Hacıyev Kadr Bankının dövlət və özəl qurumlar üçün geniş imkanlar yaradacığını da əlavə edib.