"Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi tədqiqat mərkəzinə çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən" Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah " adlı beynəlxalq konfransda Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.
Onun sözlərinə görə, Elmi tədqiqat işlərinin aparılması məqsədilə “Əczaçılıq kimyası” kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir əczaçılıq laboratoriyası qurulub.