AZ

Qadın onu döyən ərini bağışladı, icraata xitam verildi

Xətai Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Yusif Yusifovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə bu ilin əvvəlində, saat 22:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Yusif Yusifov rəsmi nikahda olduğu arvadı, zərərçəkmiş Pərinisə Yusifova (ad, soyadı şərtidir) ilə birgə yaşadıqları mənzilində ailə məişət zəminində mübahisə edib. Bu zaman o, qəsdən əl zərbələri ilə qadının bədəninin müxtəlif nahiyələrindən vuraraq döyüb.

 

Hadisədən sonra Yusif Yusifov saxlanılıb.

 

Zərərçəkmiş şəxs məhkəmədə təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

 

Kamal Məmmədov

 

 

Tarix: 5 May 2025, 10:39   
Seçilən
0
pravda.az

1Mənbələr