AZ

Netanyahu İran və Husilərihədələdi

İsrailin Baş naziri Binyamin Netanyahu Yəmənin Ənsar Allah (Husi) hərəkatını və İranı Ben Qurion Beynəlxalq Hava Limanına edilən hücuma görə cavab verməklə hədələyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə açıqlamanı “X” sosial şəbəkəsində yayımlayıb.

“İsrail, husilərin bizim əsas hava limanımıza hücumuna, eləcə də onların iranlı ağalarına bizim seçdiyimiz vaxt və yerdə cavab verəcək”, – deyə Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, Yəməndən edilən hücumların arxasında İran dayanır və ABŞ-nin Prezidenti Donald Trampın bu istiqamətdəki iddiaları haqlı olub.

Xatırladaq ki, Ben Qurion hava limanı Yəməndən atılan raket hücumundan sonra fəaliyyətini bərpa edib.

Aytəkin TOFİQQIZI

Seçilən
0
redaktor.az

1Mənbələr