AZ

Lənkəranda qadın bədbəxt hadisədə öldü

BAKI, 5 may. TELEQRAF

Lənkəran rayonunda qadın yıxılaraq vəfat edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

1965-ci il təvəllüdlü Tərcubə Hüseyn qızı Babayeva yaşadığı evin həyətində yıxılıb. O, aldığı xəsarətdən vəfat edib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, T.Babayeva astma xəstəliyindən əziyyət çəkib və səhhətinin qəfil pisləşməsi səbəbindən yıxılıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Seçilən
0
teleqraf.com

1Mənbələr