Bakı. Trend:
Hazırda Xidmətlər Zərfi çərçivəsində ambulator dərmantəminatının sığorta hesabına aparılması üçün işlər aparılır.
Trend xəbərverir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyininİdarə Heyətinin sədri Zaur Əliyev bu gün Heydər Əliyev Mərkəzindəkeçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah”adlı tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, əczaçılıq sənayesi səhiyyənin inkişafında vəəhalinin sağlamlığının qorunmasında əsas strateji tərəfdaşdır.
"İcbari tibbi sığortanın əsas məqsədi də əhalinin sağlamlığınınmüdafiəsi, keyfiyyətli tibbi xidmətlərə bərabər və davamlı çıxışınıtəmin etməkir. Tibbi xidmətin keyfiyyətindən danışırıqsa, buradatəkcə həkimin, tibb işçisinin deyil, dərmanın mövcudluğu,əlçatanlığı və effektivliyi də əsas rol oynayır.
Bilirsiniz ki, icbari tibbi sığortanın tətbiqindən sonra ölkəninbütün bölgələrində əhaliyə tibbi xidmətlərin əlçatanlığı artıb,vətəndaşların həkim seçimi imkanı genişlənib, profilaktikmüayinələr və erkən diaqnostika göstəriciləri yüksəlib. Dərmantəminatı bu böyük sistemin bir hissəsidir və hazırkı mərhələdə buistiqamətdə ardıcıl şəkildə irəliləyirik. Bu sahədə ilk gündən əsasprioritetlərimizdən biri xüsusilə xroniki və geniş yayılmışxəstəliklər üçün dərmanların davamlı təminatı, xəstənin müalicəprosesinin yarımçıq qalmamasıdır".
Onun sözlərinə görə, hazırda Xidmətlər Zərfi çərçivəsində birsıra tibbi xidmətlərlə yanaşı, təcili və təxirəsalınmaz tibbiyardım zamanı, stasionar müalicə prosesində, eləcə də ambulatorşəraitdə aparılan tibbi prosedurlar zamanı istifadə olunan dərmanvasitələri, anesteziya xidməti və tibbi sərf materialları icbaritibbi sığorta hesabına qarşılanır:
"Eyni zamanda, resept əsasında təyin olunan ambulator dərmanvasitələrinin icbari tibbi sığorta hesabına təminatıistiqamətindəişlər aparılır. Bununla bağlı mərhələli yanaşma tətbiq ediləcək:ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti mərhələdəisə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrininresept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulur.Paralel olaraq, dərman vasitələrinin siyahısını müəyyənləşdirən“pozitiv siyahı” hazırlanır. Bu siyahıya daxil olan dərmanlar üzrəapteklərlə müqavilələrin bağlanılması istiqamətində işləraparılacaq. Bu addım vətəndaşların müalicə prosesində maliyyəyükünü azaltmaqla yanaşı, onların tibbi xidmətlərdən fasiləsiz vədavamlı yararlanmasını da təmin etməyi hədəfləyir".
"Sonda demək istərdim ki, əczaçılıq sənayesinin inkişafı bizimüçün təkcə texniki və ya logistik məsələ deyil, bu birbaşacəmiyyətin sağlam gələcəyinin təminatıdır.Vətəndaşa xidmət edən hərbir sahədə birlik, əməkdaşlıq və qarşılıqlı anlayış çoxvacibdir.
Əminəm ki, bu tədbir əczaçılıq sənayesi sahəsində dövlət və özəlsektor arasında əməkdaşlıq imkanlarını genişləndirəcək və gələcəkbirgə təşəbbüslərə yol açacaq. Biz də öz növbəmizdə İcbari TibbiSığorta üzrə Dövlət Agentliyi olaraq hər zaman əməkdaşlığavə birgətəşəbbüslərə açığıq"- deyə Zaur Əliyev əlavə edib.