AZ

AİB əsas səylərini Özbəkistanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəltmək niyyətindədir

Milan.Trend:

Asiya İnkişaf Bankı (AİB) əsas səylərini Özbəkistanın ərzaqtəhlükəsizliyinin möhkəmləndirilməsinə yönəltmək niyyətindədir.

Trend xəbər verirki, bu barədə AİB-nin Özbəkistan üzrə direktoru Kanokpan Lao-Arayabankın Milanda keçirilən İllik iclası çərçivəsində jurnalistlərəaçıqlamasında bildirib.

“Özbəkistanda hökumət bağçılıq və kənd təsərrüfatınınşaxələndirilməsi sahəsində özəl sektoru investisiyalarladəstəkləyir. Fərqanə vadisi kimi bəzi bölgələrdə yüksək əlavədəyərə malik kənd təsərrüfatı məhsullarının - meyvə və tərəvəzlərinyetişdirilməsi mümkündür. Biz hökuməti bu sahələrə yatırılaninvestisiyalar və ixrac bazarlarının axtarışı ilə bağlıdəstəkləyirik ki, ölkə valyuta gəlirləri əldə edə bilsin. AİBdiqqətini ərzaq təhlükəsizliyinə yönəldəcək, belə ki, Özbəkistanmeyvə-tərəvəz məhsulları istehsalında mühüm rol oynayır”, – deyə obildirib.

Lao-Arayanın sözlərinə görə, xüsüsilə Ferqanə vadisindəmeyvə-tərəvəzin əhəmiyyətli həcmləri istehsal olunur ki, bu təkcədaxili tələbi ödəmək üçün kifayət etmir, eyni zamanda ixrac üçünyetərli olur.

“Lakin Özbəkistan birbaşa dənizə çıxışı olmayan ölkədir vəburada biz ticarət, logistikanın inkişafına, ticari vasitəçiliyə -birbaşa kənd təsərrüfatında olmasa da, məsələn suya qənaəttexnologiyalarının və su resurslarının idarəolunmasının tətbiqiyolu ilə yardım göstərə bilərik”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, yalnız məhsul ixrac etmək yox, həm də onunəlavə dəyərini artırmaq vacibdir. Bundan əlavə, AİB Özbəkistanabeynəlxalq standartlara uyğunlaşma prosesində dəstək verməkniyyətindədir ki, bu da ölkəyə Ümumdünya Ticarət Təşkilatınaqoşulma çərçivəsində yeni bazarlara çıxış imkanı yaradacaq.

Seçilən
0
az.trend.az

1Mənbələr