AZ

Artıq beyin ölümü aşkarlanmış qohumlarının orqanlarını bağışlayan insanlar var - Yeganə Abbasova

Bakı. Trend:

Artıq beyin ölümü aşkarlanmış qohumlarının orqanlarınıbağışlayan insanlar belə var.

Bunu Trend-əözəl açıqlamasında Səhiyyə Nazirliyi Orqan Donorluğu vəTransplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətininsədri Yeganə Abbasova deyib.

O bildirib ki, bu hallar artıq açıqlanmır: "Artıq meyitdən donororqanları köçürülür və bundan sonra siyahıda gözləyən insanlarınsayı da artmağa başlayıb.

İnsanlar artıq başa düşürlər ki, bu Azərbaycanda mövcuddur. Eynizamanda, ölümündən sonra donor olmaq istəyənlərin sayı daartıb".

"Hal-hazırda bizim saytımız var. Oradan "SİMA" imzayla hamıdonor ola bilər. Həmçinin, Naxçıvan sakinləri də onlayn "SİMA"imzaları ilə donor ola bilərlər. Hazırda isə 200-ə yaxın şəxs donorolmaq üçün müraciət edib. Düzdür, bu say azdır. Biz istərdik ki, busay daha çox olsun. Çünki gözləyən insanlar çoxdur",- deyə o əlavəedib.

Yeganə Abbasova qeyd edib ki, donor köçürülməsi sahəsindətəşviqat, təbliğat aparılır.

"Bu ildən rayonlara səfər edəcəyik. Azərbaycan Respublikasındayerləşən reanimasiya şöbəsində süni tənəffüs aparatı olan bütünxəstəxanalar mənbə xəstəxanalarıdır. Çünki beyin ölümü diaqnozu iləxəstə oradan çıxır. Biz Bakıdakı xəstəxanaları artıq elektron vahidinformasiya sisteminə birləşdirmişik. Ağır xəstələr gələndə vahidinformasiya sistemində görünür. May ayından isə rayonlardakıxəstəxanaları informasiya sisteminə qoşacağıq. İlk olaraq Xızı vəŞabran rayonu xəstəxanalarına gedəcəyik. Orada beyin ölümüdiaqnostikası təlimləri keçəcəyik. Çünki bunu bilmədən orqançıxarıla bilməz",- deyə o əlavə edib.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr