Vətəninfo.az “The Washington Post”-a istinadən xəbər verir ki, Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uoltsun İrana qarşı hərbi variantlardan istifadə ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə geniş koordinasiyası Donald Trampı qəzəbləndirib.
Məlumata görə, Uoltsun bu addımı vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub. Eyni zamanda, Trampın müşavirləri bildiriblər ki, onun Uoltsu vəzifədən azad etmək qərarı İrana hücumla bağlı getdikcə artan narazılığın nəticəsidir.
Qeyd olunub ki, Mayk Uolts İrana qarşı hərbi varianta əl atmaqda prezidentdən qat-qat həvəsli olan şəxs kimi tanınır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta