Olaylar.az xəbər verir ki, o, 2021-ci ilin iyununda Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində qarşılaşdığı vəziyyəti bölüşüb.
Davtyan hələ müharibədən bir neçə ay sonra Azərbaycanla sərhəddə yerləşən Geqarkunik bölgəsində seçkilərlə bağlı əhalinin fikrini öyrəndiyini söyləyib:
"O zaman mən keçmiş müdafiə naziri Seyran Oyanyanın seçki kampaniyası üzrə təbliğat qrupunda idim. Geqarkunikdə insanlarla danışa-danışa küçələri gəzirdik. Bir taksi sürücüsünün uzun müddətdir bizi izlədiyini gördük. Yaxınlaşdım və onun seçkilərdə kimi dəstəklədiyini soruşdum. "Nikola səs verəcəm", - dedi. Çox qürurla qeyd etdi, bir də "Opel" markalı avtomobili vardı. Mən də soruşdum ki, müharibədən sonra, mövcud iqtidarın 2018-ci ildən bu yana hakimiyyətdə olduğu bir müddətdə nə qazanıb ki, onları dəstəkləyir? Dedi ki, avromobil alıb. Düşündüm, yəqin, bundan əvvəlki avtomobili köhnə, istifadəyə yararsız bir şey olub. Amma sən demə, əvvəlki də opel imiş. Hələ mənə deyir ki, bu yeni aldığı ilə köhnə arasında 100 dollarlıq fərq var.
Nəzərə alın ki, o illərdə Nikola ən çox dəstək verən bölgə Geqarkunik idi, lakin indi hər şey dəyişib. Rayondakılar keçmişdəki kimi deyil".
Qeyd edək ki, son zamanlarda baş nazir Nikol Paşinyanın reytinqinin çox sürətlə düşdüyü açıqlanıb. (Globalinfo)