AZ

Zelenski: İstənilən atəşkəs ən azı 30 gün davam etməlidir

Ukrayna prezidenti Vladimir Zelenski mümkün atəşkəsin hər an başlaya biləcəyinə inandığını və diplomatiyaya şans vermək üçün onun ən azı 30 gün davam etməli olduğunu deyib.

Turkustan.az xəbər verir ki, Çexiyanın paytaxtı Praqada təmasda olan Zelenski Çexiya Prezidenti Petr Pavel ilə görüşüb.

İkitərəfli görüşdən sonra liderlər sosial media hesabları vasitəsilə açıqlamalar veriblər.

Prezident Pavel Ukraynanın davamlı sülhə doğru atdığı addımları dəstəklədiklərini və Kiyevin konstruktiv münasibəti ilə buna hazır olduğunu açıq şəkildə nümayiş etdirdiyini bildirib.

“İstənilən sülh sazişi beynəlxalq hüququn şübhə altına alınmadığı və etibar oluna biləcəyi bir razılaşma olmalıdır”-deyə, Pavel bildirib.

Belə bir razılaşmanın Çexiyanın da maraqlarına uyğun olduğunu deyən Pavel Ukraynanın Avropa İttifaqı (Aİ) və NATO-ya üzv olması prosesini dəstəklədiklərini də dilə gətirib.

Pavel Ukraynanın müharibədən sonra yenidən qurulması prosesinə töhfə vermək üçün artıq addımlar atıldığını, ölkəsinin xüsusilə səhiyyə sektorunda mühüm rol oynadığını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
turkustan.az

1Mənbələr