Vaxtı-vaxtında ödənişləri edəndə “Kapital Bank” o adamı atır qara siyahıya.
Tribunainfo.az xəbər verir ki, belə iddianı sözügedən bankın müştərisi Rüstəm Əkbərov irəli sürüb. O bildirib ki, “Kapital Bank” fırıldaqla məşguldur:
“Ay millət, “Kapital Bank”a inanmayın. 6 ay bundan qabaq mənə bildirdilər ki, 6 ay ödəniş et və kreditini yeniləyəcəyik.
Hazırda müraciət edirəm, əməkdaş bildirir ki, məlumatlarımı yoxlamağa qadaqa qoyulub. Görün bunlar necə fırıldaqla məşquldur. Mən elə başa düşürəm ki, vaxtında ödəniş edəndə “Kapital Bank” o adamı atır qara siyahıya. Ödənişləri gecikdirin, ay millət, yoxsa sizi də atarlar qara siyahıya”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul