AZ

Jirinovskinin oğlanları ilə qardaşı qızları arasında çəkişmə: Məhkəmə yekunlaşdı

2022-ci ildə vəfat edən LDPR-nin lideri və görkəmli rusiyalı siyasətçi Vladimir Jirinovskinin qohumlarının məhkəməsi başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. İddiaçı qismində siyasətçinin qardaşı qızları Yelena Listopadova və Nataliya Sokolova çıxış ediblər. Prosesdə təqsirləndirilən şəxslər Jirinovskinin oğulları David Qusev (İqor Lebedev) və Oleq Eydelşteyn olub. Mübahisənin predmeti bu iki xanım üçün ömürlük təminat müqaviləsi olub. Nəticədə məhkəmə bu sənədi etibarsız elan edib.

“Yelena Gennadyevna Listopadova, Natalya Aleksandrovna Sokolovanın Oleq Vladimiroviç Eydelşteyn və David Aleksandroviç Qarsiyaya qarşı iddiaları rədd edilir”, - məhkəmənin rəyində bildirilir.

Qadınlar Jirinovskinin mülkünün bir hissəsinin onlar verilməsini də israr ediblər. Lakin məhkəmə bu tələbi də rədd edib. Qohumlar arasında məhkəmə prosesləri 2022-ci ilin sonundan davam edirdi.

Seçilən
0
publika.az

1Mənbələr