AZ

Kefir içmək bu xəstəlikdən qoruyur

Dövrümüzdə altsheymer xəstəliyinə rast gəlmə tezliyi artmaqdadır.

Ölkə.Az xəbər verir ki, xəstəliklə mübarizədə dərmanla yanaşı qidalanma, fiziki fəaliyyət, sosial əlaqələr və zehni reabilitasiya da olduqca vacibdir.

Türkiyəli dietoloq Beyza Tağraf kefirin bu xəstəliklə mübarizədə faydasına diqqət çəkib.

Onun sözlərinə görə, elmi araşdırmalar kefirin bağırsaq iltihabının azalmasına təsir etdiyini üzə çıxarıb.

B.Tağraf əlavə edib ki, bu effekti görmək üçün təkcə kefir içmək yetərli deyil.

"Neyroiltihabın azaldılması əslində, altsheymerdən qorunmaq və ya qarşısını almaq üçün yaxşı bir strategiyadır. Ancaq buna əlavə olaraq digər amillərə də diqqət yetirməliyik. Kefirin bu faydasını görmək istəyiriksə, digər sağlamlıq şərtlərimizi və ümumi qidalanmamızı optimallaşdırmalıyıq", - deyə o əlavə edib.

Qeyd edək ki, altsheymer demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. İlk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılıb.
Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon nəfərdir. 2050-ci ildə bu rəqəmin 4 dəfə artacağı gözlənilir.

Billurə Yunus

Seçilən
0
1
olke.az

2Mənbələr