Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HİK klubundan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu bu mövsüm az şans qazandığı üçün klubla müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. HİK-in idman direktoru da məlumatı təsdiqəyib.
Kökcü Finlandiya klubunda 26 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.