Ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb.
"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Konsepsiyanın Tədbirlər Planına uyğun olaraq, 2025/2026-cı tədris ilindən etibarən altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq.