AZ

Bu gün 50 000 müəllim işə çıxmaya bilər...

İsrailin təhsil sistemi bu səhər on minlərlə müəllimin maaşların kəsilməsinə etiraz etmək üçün xəstəliklə bağlı işə çıxmamaları səbəbindən iflic ola bilər.
 
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, bu, dünən - mayın 4-də Maliyyə Nazirliyi ilə İsrail Müəllimlər Birliyi arasında əldə edilmiş razılaşmaya baxmayaraq baş verir.
 
Rəsmi tətil dünən başlayıb, bir çox müəllimlər ya səhər saat 10-da gec gəliblər, ya da heç gəlməyiblər. Bəzi məktəblər gün ərzində işi tamamilə dayandırmağı seçib.
 
Bir çox müəllim Həmkarlar İttifaqının lideri Yaffa Ben-Davidin danışıqlar zamanı etdiyi güzəştlərə etiraz edib. Nəticədə minlərlə müəllim dünən artıq xəstəlik vərəqələri açaraq bu gün işə gəlməkdən faktiki olaraq imtina edib.
 
Bugünkü tətilə 50 min müəllim cəlb oluna bilər ki, bu da dünənki saydan(təxminən 25 min) iki dəfə çoxdur. Bununla bağlı, yəqin ki, bir çox məktəblər bağlanacaq.
 
Artıq Təhsil Nazirliyi və Maliyyə Nazirliyi tətil edən müəllimlərə xəbərdarlıq edib ki, onların “xəstəlik vərəqələri” qanuni sayılmayacaq və müvafiq olaraq, dərsdən kənarda qalan günlər də ödənilməyəcək. Lakin bu tədbirlərin həyata keçirilməsi mexanizmi qeyri-müəyyən olaraq qalır.
 
"Kanal 12"-nin məlumatına görə siə, maaşların kəsilməsi ultra-pravoslav məktəblərin müəllimlərinə təsir etməyəcək.
 
S.Laçın
Seçilən
0
2
moderator.az

3Mənbələr