Bəzi çaylarda sululuq artıb.
Publika.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 43 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 4 sm, Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 33 sm, Təngərüdçay-Vaqoda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 21 sm, Quruçay-Böyük Tağlarda 9 sm, Tutqunçay-Comərd və Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Həkəriçay-Balasoltanlıda 3 sm artım qeydə alınıb.