AZ

İsrailin Qəzzaya hücumu nəticəsində 20 fələstinlihələk oldu

İsrail ordusu gecə saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumlarına başlayıb. Hücumlar nəticəsində 20 fələstinli həyatını itirib, onlarla insan yaralanıb.

Redaktor.az bu barədə Fələstinin rəsmi WAFA xəbər agentliyinə istinadla xəbər verir.

İsrail döyüş təyyarələri Qəzza şəhərinin şimal-qərbində yerləşən əl-Kərəmə bölgəsindəki “Rumuz” yaşayış binasında bir neçə mənzili bombalayıb. Nəticədə 15 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Bununla yanaşı, İsrail ordusunun Beyt Lahiyənin qərbində yerləşən Əl-Salatin məhəlləsində “Əl-Əttar” ailəsinə məxsus bir evi hədəf alması nəticəsində daha 4 nəfər həyatını itirib, 5 nəfər yaralanıb.

Qəzzanın şimalında, Cibaliya qəsəbəsində pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumda isə bir fələstinli ölüb, bir neçəsi yaralanıb.

İsrail ordusu həmçinin Qəzzanın cənubunda, Qəzza və Rəfah şəhərlərində bir sıra yaşayış evləri və mülki obyektləri hədəf alaraq dağıdıb.

Qeyd edək ki, son hücumların yenidən başlamasından sonra, əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət olmaqla, ümumilikdə 2436 fələstinli həyatını itirib, 6450 nəfər yaralanıb.

Aytəkin TOFİQQIZI

Seçilən
0
redaktor.az

1Mənbələr