AZ

Azərbaycan xaricdən qoyun alışın - 29 DƏFƏ ARTIRIB

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 521 min 450 ABŞ dolları dəyərində 4 min 915 baş diri qoyun idxal edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 505 min 510 dollar və ya 32,7 dəfə, miqdar baxımından isə 4 min 745 ədəd və ya 28,9 dəfə çoxdur.

2024-cü ilin yanvar-fevral aylarında 15 min 940 dollar dəyərində 170 ədəd qoyun gətirlib.

1 ədəd qoyunun orta ixal qiyməti 202-ci ilin 2 ayına görə  106 dollar (180manat) olub  ki, bu illik müqayisədə  12 dollar (21manat) və ya 13% bahalaşma deməkdir.

Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 94 dollar (159 manat) təşkil edib.

Seçilən
0
fed.az

1Mənbələr