İspaniya və Portuqaliyada elektrik kəsilməsi İlon Maskın "Starlink" şirkətinin əlinə "oynayır", çünki Avropada geniş yayılmış elektrik kəsintiləri zamanı peyk sisteminə qoşulma 35 faiz artıb.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti “Ookla” beynəlxalq şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, aprelin 29-da mobil rabitə dərhal bərpa olunmadığından, istifadəçilərin sayı adi haldan 60 faiz çox olub. Tədqiqatçıların fikrincə, "Starlink" minlərlə insan tərəfindən istifadə edilib ki, bu da rekorddur.
Yüklənmənin yüksək olması səbəbindən peyk rabitəsinin əhatə dairəsinin keyfiyyəti aşağı düşsə də, işıqlar sönən zamanı sistem bağlanmayıb. Eyni zamanda, İlon Maskın bütün peyk terminalları artan yükün öhdəsindən gəlməyib.
Bildirilir ki, "Starlink" çətin ki, belə vəziyyətlərdə milyonlarla istifadəçi ilə əlaqəni təmin edə bilsin.