Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə cəzalanıb.
İdman.biz xəbər verir ki, AMADA idmançını antidopinq qaydalarını pozduğu üçün 48 aylıq diskvalifikasiya edib.
Güləşçinin nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. O, S4 Hormon və Metabolik Modulyatorlar – Meldoniumdan istifadədə günahlandırılıb.
Abdullazadənin cəza müddəti ötən il martın 15-dən hesablanmağa başlanılıb. Diskvalifikasiya müddəti 2028-ci il martın 15-də bitəcək.
İdman.biz