AZ

"Mançester Siti"nin yayda əsas transfer hədəflərindən biri açıqlanıb

İngiltərənin "Mançester Siti" klubunun yayda əsas transfer hədəflərindən biri bəlli olub.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

"Şəhərlilər" "Nottinqem Forest"dən Morqan Qibbs-Uaytı heyətinə qatmaq niyyətindədir.

25 yaşlı yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırmaqda problem olmasa da, oyunçu ilə vidalaşmaq istəməyən klub rəsmiləri ilə danışıqlarda çətinliklər var.

Qeyd edək ki, Morqan Qibbs-Uayt cari mövsüm "Nottinqem Forest"də 34 oyuna çıxıb, 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
report.az

1Mənbələr