AZ

Məmurlar daha çox 10 mindən az rüşvət alarkən tutulurlar

Rusiyada cinayətkarlar daha çox 10 min rubldan az rüşvət alarkən tutulurlar. Rusiya mediası bu barədə Ali Məhkəmənin Məhkəmə Departamentinin statistikasına istinadən məlumat yayıb.


Qeyd olunub ki, 2024-cü ildə kiçik rüşvətxorluğa görə 2305 nəfər, o cümlədən 149 qadın və əvvəllər də rüşvət alarkən yaxalanmış 5 nəfər mühakimə edilib.


Məhkəmənin hökmü ilə 24 nəfər cəzaçəkmə müəssisəsinə göndərilib. Qalan məhkumlar isə ümumilikdə 40,6 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edilib.


"Ötən il 1633 nəfər külli miqdarda rüşvət almaqda təqsirli bilinib, onlardan 306-sı qadındır. 710 müttəhim cəzaçəkmə koloniyalarına göndərilib. Əməllərinə görə faktlarla günahkar sayılanlar arasında 5 məhkəmə əməkdaşı, 43 prokurorluq və istintaq orqanlarının əməkdaşı, 500-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşı var",- "Gazeta" yazıb.

Tural

Seçilən
0
news365.az

1Mənbələr