AZ

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB

"Formula-1" üzrə dünya çempionatının 6-cı mərhələsi olan Mayami Qran-prisi başa çatıb.

Avtosfer.az xəbər verir ki, ABŞ-də keçirilən yarışı "Maklaren" komandasından Oskar Piastri qazanıb.

Onun komanda yoldaşı Lando Norris finişə ikinci çatıb.

İlk üçlüyü "Mesedes"dən Corc Rassel qapayıb. "Red Bull" pilotu Maks Ferstappen isə yalnız dördüncü olub.

Hazırda Piastri 131 xalla yarış cədvəlinə başçılıq edir. Onun komanda yoldaşı Norris ikinci yerdədir (115). İlk üçlüyü isə son dörd mövsümün dünya çempionu, "Red Bull" komandasının pilotu Maks Ferstappen (99) tamamlayır.

Mühəndislər kubokuna 246 xalla "Maklaren" başçılıq edir. İlk üçlükdə "Mersedes" (141) və "Red Bull" (105) yer alıb.(oxu.az)

Seçilən
0
avtosfer.az

1Mənbələr