AZ

Skype bu gündən tamamilə bağlanır - 22 il FƏALİYYƏT GÖSTƏRİB - VİDEO

Bazar ertəsi, mayın 5-dən etibarən Skype proqramı rəsmi olaraq bağlanacaq və istifadəçilərin hesabları və söhbət tarixçələri Microsoft Teams xidmətinə köçürüləcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Microsoft” şirkəti yayıb.

Mənbə qeyd edir ki, “Skype” məlumatları 2026-cı ilin yanvarına qədər istifadəçilər üçün əlçatan olacaq.

Onlar söhbət tarixçələri də daxil olmaqla, ixrac edilə bilər. Bu, gələn ilin yanvar ayına qədər edilməsə, xidmət məlumatları silinəcək.
 

Xatırladaq ki, Skype 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə Microsoft tərəfindən alınıb. 2015-ci ildə Skype-ı Windows 10-a inteqrasiya etmək cəhdi olub.


2017-ci ildə Microsoft Skype-da qurulmuş əməkdaşlıq platforması olan Teams-i istifadəyə verib.


Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr