Azərbaycanda 9 ildir ki,“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün münasibətilə mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.
Kulis.az xəbər verir ki, ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və “Xalçaçı Günü” peşə bayramı təsis edilib.
2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 20-dən çox filialı yaradılaraq fəaliyyətə başlayıb.
Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.
Qeyd edək ki, builki festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşüb.