AZ

Çoxmərtəbəli binada yanğın baş verib: 2 nəfər həlak olub, 6 nəfər xəsarət alıb

Moskvada General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın faciə ilə nəticələnib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə idarəsinin məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Musavat.com xəbər verir ki, həlak olan şəxslərin cəsədləri binanın 9-cu mərtəbəsində, eyvanda aşkarlanıb. Yanğınsöndürənlər tərəfindən bir nəfər xilas edilib. Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Təhlükəsizlik məqsədilə qonşu bloklardan sakinlər təxliyə olunub. Evakuasiya olunanlar üçün müvəqqəti yerləşdirmə məntəqələri təşkil olunub. Eyni zamanda, onların soyuq hava şəraitində isidilməsi üçün hadisə yerinə iki ədəd xüsusi böyük tutumlu avtobus göndərilib. Bu tədbirləri Moskva Nəqliyyat Departamenti həyata keçirib.

Avtobusların fəaliyyəti Hərəkətin Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən əlaqələndirilir. Əraziyə həmçinin Yol Hərəkətinin Təşkili Mərkəzinin patrul heyəti də cəlb olunub.

Yanğının səbəbləri araşdırılır. Hadisə yerində fövqəladə xidmətlərin operativ işləri davam edir. 

Seçilən
0
ekologiya.az

1Mənbələr