ABŞ ötən gecə Yəmənin paytaxt Səna və ölkənin şimalındakı Səada şəhərinə hava zərbələri endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilər açıqlama yayıblar.
"Husi Əl Məsir"ə televiziyasının xəbərinə görə, döyüş təyyarələri paytaxt Sənanın müxtəlif bölgələrinə 6 hava hücumu həyata keçirib: "Sənanın Beni Həşiş rayonunun əl-Malik, Şuub, Saavan bölgələri, həmçinin ölkənin şimalındakı Səada şəhərinin şərqinə 3 hava hücumu olub.. Bu, cavabsız qlamayacaq..."
Tahir Şəlvəli
MİA.AZ