Bu haqda APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***08:03
Zaqatalada minik avtomobili ağaca çırpılıb, sürücü hadisə yerində ölüb.
Demokrat.az APA-ya istinadən məlumat verir ki, hadisə mayın 4-dən 5-nə keçən gecə Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişindən keçən hissəsində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü, Zaqatala rayonu Muğanlı kənd sakini Elsevər Mahmud oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü E. Məmmədov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və o, sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
E. Məmmədovun meyiti hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib.
10Mənbələr
-
ictimairey.azZaqatalada maşın ağaca çırpıldı- Ölən var ( 16984367)
-
far.azZaqatalada avtomobil ağaca çırpılıb, ölən var ( 16979771)
-
sfera.azMaşın ağaca çırpıldı - ölən var ( 16978964)
-
axar.azZaqatalada avtomobil ağaca çırpıldı: ölən var ( 16978739)
-
Ajans.azZaqatalada avtomobil ağaca çırpılıb - Sürücü ölüb ( 16978715)
-
qafqazinfo.azZaqatalada maşın ağaca çırpıldı - Ölən var ( 16978505)
-
unikal.azZaqatalada avtomobil ağaca çırpılıb - Sürücü ölüb ( 16978028)
-
operativmedia.azZaqatalada baş verən avtomobil qəzası ölümlə nəticələndi ( 16977923)
-
demokrat.azMaşın ağaca çırpıldı: Sürücü öldü — YENİLƏNİB ( 16977905)
-
publika.azZaqatalada avtomobil ağaca çırpıldı: ÖLƏN VAR ( 16977854)