ABŞ Prezidenti Donald Tramp mətbuat korpusunun jurnalistlərinə ötən həftəsonu Rusiya və Ukrayna ilə bağlı bir sıra danışıqlar apardığını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Bizim Rusiya və Ukrayna haqqında bir neçə faydalı, çox yaxşı söhbətimiz oldu”, – o, kiminlə danışdığını dəqiqləşdirmədən bildirib.
Amerika Prezidenti əlavə edib ki, “orada iki tərəf arasında çoxlu nifrət var, böyük nifrət”.
Daha əvvəl “NBC News”a verdiyi müsahibədə Tramp bəyan etmişdi ki, o, bəlkə də Ukrayna probleminin həllində irəliləyiş əldə edə bilib.