Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Dəməşqdə səfərdədir.
Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər.
Daha sonra nümayəndə heyəti Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib.
Samir Şərifov Kiyevdə Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb, Yaxın Şərqdə, o cümlədən 1987-1990-cı illərdə Yəməndə işləyib. Şərifov maliyyə naziri olarkən Azərbaycanla ərəb ölkələri arasında hökumətlərarası komissiyalara rəhbərlik edib. Bu baxımdan onun Suriyaya səfər edən nümayəndə heyətinə başçılıq etməsi də təsadüf deyil.