AZ

Zaqatalada ağır qəza: 40 yaşlı kişi HƏLAK OLDU - FOTO

Zaqatala rayonunun Muğanlı kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə ki, kənd sakini, 40 yaşlı Elsevər Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sükan arxasında sıxılı qalan Elsevər Məmmədovun meyiti hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma başlanılıb. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
0
12
bizim.media

10Mənbələr