AZ

120 min dollar dəyəri olan yeni "Mercedes" suyun altında qaldı

BAKI, 5 may. TELEQRAF

Günəşin qürubunu seyr etmək üçün çimərliyə gələn sürücünün idarə etdiyi 90 min funt sterlinq (təxminən 120 min dollar - red.) dəyəri olan yeni "Mercedes" avtomobili suyun altında qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

İcarəyə götürülmüş qara avtomobil iki gün ərzində Şimali Uels sahillərində suda qalıb. Onu yalnız çəkilmə baş verdikdən sonra çıxarmaq mümkün olub.

Qeyd edək ki, bu, qabarma vaxtı avtomobilin suyun altında qalması ilk hadisə deyil. Edilmiş xəbərdarlıqlara baxmayaraq, il ərzində artıq bir neçə avtomobil qabarma zamanı suyun altında qalıb.

Cəmi iki həftə əvvəl eyni çimərlikdə "Audi" avtomobili eyni taleyi yaşamışdı.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr