Dünya şöhrətli "Əfqan qızı"nın kədərli taleyi - FOTOVİDEO
Qlobal.net xəbər verir ki, 1984-cü ildə fotoqraf Stiv Makkuri Pakistanda əfqan qaçqınların düşərgəsində olub. Həmin zaman SSRİ Əfqanıstana qoşun yertmişdi. Stiv düşərgədə təsadüfən rastalşdığı 12 yaşlı Əfqan qızının şəklini çəkir.
"2002-ci ilin yanvar ayında Şərbət Gülanı tapmaq üçün Əfqanıstana yollandıq. Axtarışlarımız xeyli davam etdi, amma onu tapmaq elə də asan deyildi. O zaman çəkdiyim fotosunu böyüdüb yerli sakinlərdən Şərbatı tanıyıb-tanımadıqlarını soruşurduq. Fotonu çəkdiyim vaxtdan xeyli ötmüşdü. Onu tanımaq elə də asan deyildi, xüsusilə xarabalığa çevrilmiş şəhərdə. Ümidsiz idik, geri dönmək istəyirdik. Qəfildən bir adam peyda oldu, o qızın qardaşını tanıdığını dedi. Beləliklə, hər şey dəyişdi və ümidləndik. Az sonra yaddaşıma həkk olan o qızı tapdıq. Görən kimi tanıdım, çünki qorxu içində olan yaşıl gözləri heç vaxt ağlımdan çıxmırdı. Yenidən onun fotosunu çəkdim. Ailəsi heç bir problem yaratmadı. Ona illər əvvəl çəkdiyim fotosundan danışmağa başladım. Dedim ki, sənin bu foton mən də daxil olmaqla saysız-hesabsız insanın həyatında dərin iz buraxıb. O zaman mənimlə bir neçə mütəxəssis də getmişdi. Kompüter vasitəsilə Şarbatın gözləri yoxlandı. Müəyyən edildi ki, o, doğrudan da fotosunu çəkdiyim həmin qızdır".
Fotoqraf yenidən onun fotosunu çəkir və bu foto 2002-ci ildə "National Geographic"in üz qabığında yayımlanır. Stiv Makkari fotodan əldə edilən pullar hesabına Kabildə məktəb tikintisinə ayırır.
Məlum olur ki, SSRİ Əfqanıstanı bombalayanda Şərbət yaxınlarını itirib və Pakistana sığınıb. 13 yaşında ərə gedib və 3 qızı var. O, öz məşhur fotosunun heç vaxt görməyib. "National Geoqraphic"i onu yenidən gündəmə gətirir. Ailəsinə maddi yardım edir.
Şərbətin Pakistanda taleyi də keşməkeşli olub. 2016-cı ildə saxta pasporta görə həbs edilib. Ölkədən deportasiya edilib və 35 il sonra yenidən Əfqanıstana qayıdıb. Burada hörmətlə qəbul edilib.
Şərbət Gülanı açıqlamalarının birində deyir ki, əvvəllər bu fotonun gətirdiyi şöhrəti sevmirdi: "İndi isə bu fotodan gələn pulla dul və yetim qalmış çox insana kömək edirəm. Bu da məni sevindirir, qürurlandırır. "