AZ

Həkim böyrəklərin vəziyyətini yoxlamaq üçün sadə ev testi açıqladı

Həkim böyrəklərin vəziyyətini yoxlamaq üçün

Nefroloq Danila Pyrikov bildirib ki, böyrəklərin vəziyyətini həkimə müraciət etmədən və analizlər aparmadan yoxlamaq olar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, YouTube kanalında bu orqanla bağlı problemlərin olub-olmadığını qiymətləndirməyə kömək edəcək sadə bir ev testi açıqlayıb.

Pyrikov tualetə getdikdən sonra sidiyin rəngini, qoxusunu, şəffaflığını və konsistensiyasını yoxlamağı məsləhət görüb. "Qırmızı və moruq rəngi sidiyi, həmçinin kvas rəngində olan sidik həyəcan təbili çalmalıdır. Bu zaman sidik qırmızı qan hüceyrələri və ya məhv edilmiş qırmızı qan hüceyrələrindən gələn hemoqlobinlə rənglənir. Səbəb xərçəng, daş və ya qlomerulonefrit ola bilər", - deyə həkim izah edib.

"Əgər sidik buludlu olubsa və lopa şəklində çöküntü varsa, bu, müxtəlif yoluxucu xəstəliklərin əlaməti ola bilər və bu vəziyyətdə qoxu da xoşagəlməz olacaq", - həkim əlavə etdi. Sidikdə köpük normal olaraq az miqdarda ola bilər, lakin çox olarsa, Pyrikov içindəki protein səviyyəsini müəyyən etmək üçün ümumi sidik testi etməyi tövsiyə etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr