BAKI, 5 may. TELEQRAF
ABŞ-ın Virciniya ştatında məhbusların hücumu nəticəsində 5 həbsxana mühafizəçisi yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb .
Hadisə Big Stone qəsəbəsində yerləşən Vallens Ridge həbsxanasında baş verib. "MS-13" (Mara Salvatruça) dəstəsinin üzvləri mühafizəçilərə hücum edərək onları bıçaqlayıblar.
Zərərçəkənlər təcili olaraq xəstəxanaya çatdırılıblar. Onlardan üçü evə buraxılıb, iki mühafizəçinin isə müalicəsi davam edir.
Virciniya ştatının rəsmisi Çad Dotson bildirib ki, qiyam qaldıranların beşi qeyri-qanuni mühacirlərdir.