AZ

Ledi Qaqa 2,1 milyon tamaşaçı ilə Madonnanın rekordunu keçdi - FOTO

Amerikalı müğənni Ledi Qaqanın Braziliyanın ən böyük konsert məkanı olan Rio-de-Janeyrodakı Kopakabana çimərliyində pulsuz konserti tarixin ən böyük konsertlərindən birinə çevrilib.

Milli.Az xəbər verir ki, çimərliyə onu 2,1 milyondan çox insan dinləməyə toplaşıb. Keçən il burada keçirilən Madonna konsertini 1,6 milyon tamaşaçı izləyib.

Ledi Qaqa bu çıxışı ilə hətta "The Rolling Stones" qrupunu da keçib. Belə ki, əfsanəvi rok qrupu 18 fevral 2006-cı ildə Kopakabanada 2 milyona yaxın tamaşaçı qarşısına çıxıb.

Lakin Ledi Qaqa Rod Stüartın rekorduna çata bilməyib. Belə ki, onu məşhur çimərlikdə 1994-cü ildə 4,5 milyon tamaşaçı izləyib. Bu, tarixdə ən çox tamaşaçı toplayan konsert olub.

Tamaşaçılar səhər tezdən sahildə ən yaxşı yerləri tutmağa başlayılar. Bəzilərinə bir gün əvvəl müğənnini görmək qismət olub. "CNN Brazil" xəbər verir ki, Ledi Qaqa cümə axşamı məkanda elan olunmamış canlı məşq keçirib. Sənətçi təəccüblənən çimərlikçilərə hərarətlə müraciət edərək, braziliyalı pərəstişkarları ilə çoxdan gözlənilən görüşdən sevincini dilə gətirib. Müğənninin bu ölkədə əvvəlki çıxışı hələ 2012-ci ildə olub. (Axşam.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
0
milli.az

1Mənbələr