Almaniya Bundesliqası klubu "Volfsburq"un baş məşqçisi komandanı tərk edib.
"Volfsburq"un baş məşqçisi Ralf Hasenhüttl postunu tərk edib.
Operativ Media xəbər verir ki, 57 yaşlı avstriyalı və köməkçiləri işdən çıxarılıb. U-19 komandasına rəhbərlik edən Daniel Bauer müvəqqəti baş məşqçi təyin olunub.
Çempionatın bitməsinə iki tur qalmış "Volfsburq" 39 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.