AZ

Donald Tramp bir daha prezident olmayacağını açıqlayıb

İkinci prezidentlik dövrünün sonunda Ağ Evdəki vəzifələrini təhvil verəcəyini açıqlayan ABŞ prezidenti Donald Tramp üçüncü müddətə prezident olmaq fikrində olub-olmaması ilə bağlı söz-söhbətlərə son qoyub.

APA xəbər verir ki, Tramp məsələ ilə bağlı “NBC News”a açıqlama verib.

Açıqlamasında üçüncü dəfə prezident olmaq istəmədiyini açıq şəkildə bildirən Tramp bunları deyib:

"Səkkiz illik prezident, yəni iki müddətə prezident olacağam. Bunun hər zaman çox vacib olduğunu düşünmüşəm".

Seçilən
0
4
apa.az

5Mənbələr