Tbilisi, 5 may, AZƏRTAC
Tbilisidə “Qələbənin 80 illiyi - 9 Mayın Gürcüstan üçün aktuallığı” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə faşizm üzərində qələbənin əldə olunmasında gürcü xalqının, eləcə də Gürcüstanda yaşayan digər millətlərin nümayəndələrinin iştirak etdiyi, Gürcüstandan olan minlərlə insanın qəhrəmancasına həlak olduğu, müxtəlif orden və medallarla təltif olunduğu qeyd edilib.
Tədbirdə iştirak edən QHT rəhbərləri, ekspert, politoloq və jurnalistlər bir sıra təşəbbüslə çıxış ediblər.
Səsələnən təkliflər içərisində Böyük Vətən müharibəsi iştirakçılarına verilən təltif və mükafatların Gürcüstanın rəsmi mükafatları ilə eyni tutulması, əsir və itkin düşmüş gürcülərin adlarının dəqiqləşdirilməsi və əbədiləşdirilməsi, onların qəhrəmanlığı barədə məlumatların çatdırılması da var.
Qeyd olunub ki, bu təkliflərin müvafiq qurumlar tərəfindən qəbul olunması tarixi həqiqəti təmin etməklə yanaşı, o dövrdə baş verənlərə müasir dövrün siyasi baxışları mövqeyində qiymət vermək olar.
Təkliflərlər bağlı ölkə parlamentinə müracit qəbul olunub.
Qeyd edək ki, İkinci Dünya müharibəsində 700 min Gürcüstan vətəndaşı iştirak edib. Onların da 300 mini həlak olub. Döyüşənlər və həlak olanlar sırasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da olub.
Gürcüstanın Veteranların İşi üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, 1941-1945-ci illərdə keçmiş sovet ordusu sıralarında 700 min Gürcüstan vətəndaşı döyüşüb. Onların da 300 mini həlak olub. Bu da ümumi əhalinin təqribən 10 faizini təşkil edib. Döyüşənlər və qəhrəmanlıq göstərərkən həlak olan Gürcüstan vətəndaşları sırasında minlərlə azərbaycanlı da olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi