BAKI, 5 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Rusiya lideri Vladimir Putin ilə mümkün görüş barədə düşünəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı bildirib.
"Bilmirəm, biz bu barədə düşünməliyik", - o, bu mövzuda sualı cavablandırarkən deyib.
Ağ Ev rəhbəri etiraf edib ki, hələ "bu barədə düşünməyib".
Xatırladaq ki, daha əvvəl “Axios” nəşri Trampın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Körfəz ölkələrinin dövlət başçılarının iştirakı ilə sammit keçirmək niyyətində olduğunu yazmışdı. Ağ Ev rəhbərinin Ər-Riyada gəlişi mayın 13-nə planlaşdırılıb, sammit növbəti gün keçirilə bilər.