BAKI, 5 may. TELEQRAF
Donald Tramp administrasiyası xarici kinematoqrafiya üçün 100 faizlik gömrük rüsumlarının tətbiq edilməsini elan edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp xarici filmləri "milli təhlükəsizliyə təhdid" adlandırıb.
"Amerika kino sənayesi sürətlə məhv olmaqdadır. Digər ölkələr güzəştlər təklif edərək bizim rejissorlarımızı və studiyalarımızı ələ keçirir. Hollivud və ABŞ-dakı digər istiqamətlər müflisləşir. Bu, təhlükəsizlik üçün risklər daşıyan və təbliğat yayan planlaşdırılmış hücumdur", - Tramp bildirib.
Prezident ABŞ-nin Ticarət Nazirliyinə və ticarət nümayəndəsinə bütün xarici filmlərə tariflərin tətbiq edilməsi prosesinə dərhal başlamağı tapşırıb.
"Biz yad narrativlərin dəyərlərimizi sarsıtmasına imkan verməyəcəyik", - o əlavə edib.