AZ

Britaniyada həbs edilənlər sinaqoqa hücum planlaşdırmış ola bilər – KİV

Bakı. Trend:

Mayın 3-də Britaniya polisi tərəfindən saxlanılan şübhəliterrorçuların sinaqoqu və ya yəhudi icması ilə əlaqəli veb-saytıhədəfə almış ola biləcəyi ehtimal edilir.

Trend-in “DailyTelegraph” qəzetinə istinadən verdiyi xəbərə görə, polis mümkünterror aktının qarşısını onun baş verməsinə yalnız bir neçə saatqalmış alıb.

Skotlend-Yardın açıqlamasına əsasən, terrorla mübarizəəməkdaşları beş nəfəri saxlayıb, onlardan dördü İran vətəndaşıdır.Onlar “müəyyən bir obyektə hücum məqsədi daşıyan sui-qəsddə iştiraketməkdə” şübhəli bilinirlər. Hədəf alınması planlaşdırılan obyektinadı isə istintaqın maraqları baxımından açıqlanmır.

Bundan əlavə, şənbə günü Londonda aparılan ayrı bir araşdırmaçərçivəsində 39–55 yaş aralığında olan üç iranlı daha həbs edilib.Bu həbslər 2023-cü il Milli Təhlükəsizlik Qanununun 27-ci maddəsinəəsasən, yəni xarici dövlət adından təhdidedici fəaliyyət şübhəsiilə həyata keçirilib.

Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper bu antiterrorəməliyyatlarını “son illərdə ölkədə aparılan ən genişmiqyaslıtədbirlərdən biri” kimi dəyərləndirib.

Seçilən
0
az.trend.az

1Mənbələr