AZ

Estoniyada “Siil 2025” adlı ən böyük hərbi təlimə start verilir

Bakı. Trend:

Estoniya Müdafiə Qüvvələri və NATO müttəfiqlərinin iştirakı iləkeçiriləcək ən böyük birgə hərbi təlim – “Siil 2025” mayın 5-dən23-dək baş tutacaq.

Trend-inməlumatına görə, bu barədə Estoniya Müdafiə Qüvvələri rəsmi bəyanatyayıb.

Bəyanatda bildirilir ki, təlimin əsas məqsədi Estoniya vəregional müdafiə planlarının yerinə yetirilməsini sınaqdankeçirmək, həmçinin Estoniya Müdafiə Qüvvələri və müttəfiqqoşunların döyüş hazırlığını yoxlamaqdır.

Bu ilki təlimlərin fərqləndirici xüsusiyyəti kimi Estoniyayaəlavə müttəfiq bölmələrin daxil edilməsi, onların dərhal döyüşhazırlığı vəziyyətinə gətirilərək Estoniya diviziyasınainteqrasiyası qeyd olunur.

Əsas döyüş hazırlığı manevrləri Estoniyanın şimal-şərq vəcənub-şərq bölgələrində, həmçinin bir neçə hərbi poliqondakeçiriləcək.

“Siil 2025” təlimlərinə Böyük Britaniya, Fransa, Almaniya,Polşa, Portuqaliya, Danimarka, İsveç, Finlandiya, Latviya, ABŞ vəKanada daxil olmaqla 16 mindən çox hərbçi qatılacaq. Bundan əlavə,Yaponiya, İsrail və Ukraynadan müşahidəçilər və təlimatçılariştirak edəcək.

Seçilən
0
az.trend.az

1Mənbələr