AZ

Tramp Alkatraz həbsxanasının bərpasını əmr edib

BAKI, 5 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp San-Fransisko körfəzindəki adada yerləşən Alkatraz həbsxanasının bərpası edilməsini əmr edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində məlumat verib.

Prezidentin sözlərinə görə, bu həbsxanaya ən təhlükəli cinayətkarlar göndəriləcək.

"Bu gün mən Amerikanın ən amansız və qəddar cinayətkarlarını yerləşdirmək üçün əhəmiyyətli dərəcədə genişləndirilmiş və yenidən qurulmuş Alkatrazı yenidən açmağı əmr edirəm", - Tramp bildirib.

Onun sözlərinə görə, bu həbsxananın açılması qanun, nizam-intizam və ədalət simvolu olacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr