Bakı. Trend:
Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan və Mayın 2-dəMalta sahillərində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalan“Conscience” adlı gəmi hazırda sahilə yan almaq üçün icazəgözləyir.
Trend-inməlumatına görə, Azadlıq Donanması Koalisiyasına (FFC) məxsus gəmiMaltadan 12 mil uzaqlıqda lövbər salıb. Gəmidə olan heyət vəgöyərtəyə minmək üçün gözləyən şəxslər 21 müxtəlif ölkəni təmsiledir.
“Conscience” heyəti Maltadan gəminin təmirinə və yeni bayraqverilməsinə yardım etməyi xahiş edib.
Malta Baş naziri Robert Abela məsələ ilə bağlı açıqlamasındaölkəsinin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunuvurğulayıb. O qeyd edib ki, yalnız gəminin yükünün sırf humanitarməqsədli olduğu təsdiqləndikdən sonra, Malta tərəfi təmir işlərininaparılmasına və gəminin Qəzzaya yola salınmasına imkan verəcək.
Qeyd edək ki, gəmidə minlərlə konteyner humanitar yardım var idivə PUA hücumu nəticəsində ön hissə zədələnib, göyərtədə yanğın başverib və bir neçə sərnişin yüngül xəsarət alıb.